Gəncə Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub.
Oxu.Az-ın xəbərinə görə, Əməkdar məşqçi İntiqam Hüseynov kompleksə rəhbər vəzifəsinə gətirilib.
Rəhbərlik təcrübəsi olan İntiqam Hüseynov əvvəllər Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının direktoru olub.
Qeyd edək ki, 2002-ci ildə tikilmiş Gəncə Olimpiya İdman Kompleksinin işində nöqsanlar olduğundan rəhbəri dəyişdirilib. Gənclər və İdman Nazirliyi ötən bu vəzifəyə boş vakansiyanın olduğunu elan etmişdi.