Azərbaycanın Xalq artisti, məşhur pianoçu Əzizə Mustafazadə Azərbaycana gəlib.
Hit.Az olay-a istinadən xəbər verir ki, bəstəkar və caz ifaçısının konserti 30 oktyabr tarixində Bakı Konqres Mərkəzində baş tutacaq.
Konsertdə yeni albomun təqdimat mərasimi keçiriləcək, ictimaiyyət tərəfindən sevilən "Laçın", "Qaçma gözəl", "Take Five" və bir çox digər əsərləri səsləndiriləcək.
Qeyd edək ki, Ə. Mustafazadə Azərbaycan musiqisində ilk dəfə muğam ilə caz musiqisini birləşdirən Vaqif Mustafazadənin qızıdır.