Bakıda ən yaxşı hava hansı ərazilərdədir? - VİDEO

ÖLKƏ
21:51 / 23.05.2022
597

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorolıgiya Xidmətinin əməkdaşları Bakıda növbəti dəfə hava keyfiyyətinə nəzarət məqsədi ilə monitorinq keçirib.

Monitorinq əsasən səyyar laboratoriya və avtomatik stansiyalar vasitəsi ilə aparılıb.

Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova deyib ki, monitorinq zamanı Bakıda ən yaxşı hava keyfiyyətinin hansı ərazilərdə olduğu müəyyən edilib.
Ətraflı

Onun sözlərinə görə, monitorinq zamanı ən pis hava keyfiyyəti Bakının Nəsimi, Xətai, Nizami, Binəqədi, Nərimanov, Yasamal rayonlarında müəyyən edilib. Buna səbəb kimi isə həmin prospekt və iri küçələrdə avtomobillərdən daha çox istifadə edilməsi göstərilir. Ən yaxşı hava isə Səbail və Xəzər rayonlarında qeydə alınıb.

Hit.Az xezerxeber.az-a istinadla videomaterialı təqdim edir:

0