Bakıda təyyarə və helikopterlərin növbəti uçuşları keçirilir

ÖLKƏ
10:42 / 24.05.2022
566

“TEKNOFEST Azərbaycan” festivalına hazırlıq çərçivəsində təyyarə və helikopterlərin sınaq uçuşları keçirilir.

Bu barədə Hit.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

“Mayın 26-29-da Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək. İctimaiyyətin diqqətinə çatdırırıq ki, festivala hazırlıq çərçivəsində Dənizkənarı bulvar ərazisində təyyarələrin və helikopterlərin sınaq uçuşları həyata keçirilir.

Sözügedən uçuşlar festival ərəfəsində və günlərində də davam edəcək”, - nazirlikdən qeyd olunubş.

0