Mayın 27-də Rusiya qoşunları Dnepropetrovsk vilayətini atəşə tutub, Dneprovski rayonundakı Milli Qvardiyanın kazarmalarına zərbələr endirib.
Milli.Az Ukrayna mətbuatına istinadən bildirir ki, bu haqda Dnepr ərazi müdafiəsinin rəhbəri Gennadi Korban DneprTV-nin efirində deyib.
Korbanın sözlərinə görə, "İsgəndər" raketi Milli Qvardiyanın Dnepr bölgəsindəki kazarmalarına atılıb.
İlkin məlumata görə, 10 nəfər ölüb, 35-ə yaxın insan yaralanıb.
Korban dəqiqləşdirir ki, Müdafiə Nazirliyinin əmri ilə ordu bir yerdə 20-dən çox adamı cəmləşdirə bilməz.
Raketlər Rostov vilayətindən buraxılıb. Üç raket atıldı, onlardan biri hədəfə dəydi.