Rusiyadan neft bazarı ilə bağlı yeni proqnoz

İQTİSADİYYAT
21:05 / 26.05.2020
1342

İstehsalı gündəlik təxminən 10 milyon barel azaltmaq öhdəliyi götürmüş OPEC + koalisiyasının üzvlərindən biri olan Rusiya, bazarın İyun ya da İyul ayında tarazlaşacağını (tələb və təklifin bərabərləşəcəyini) gözləyir.

İnsider.az xəbər verir ki, Rusiyanın Energetika naziri Aleksandr Novak indiyədək qlobal istehsalın razılaşmadan çox azaldıldığını bildirib.

İstehsalçıların təklif bolluğunu aradan qaldırmaq üçün tarixi miqdarda istehsalı azaltmaları neftin bahalaşmasına səbəb olur.

Bakı vaxtı ilə saat 11:45-də Brent nefti 2,3% bahalaşma ilə 36,37 dollardan alıcı tapıb.

0
Insider.az