Uğurlu və unikal olmaq üçün nə etmək lazımdır?

ÖLKƏ
11:52 / 02.06.2022
1236

Hər birimiz bu həyatda uğurlu olmaq istəyirik və nələrisə əldə etdikcə öz unikallığımızı yaşatmaq istəyirik.

Bunun üçün isə özümüzü kəşf etmək və özümüzdən, daha da çox sevəcəyimiz “Mən” yaratmalıyıq.

Uğurlu və unikal olmaq üçün texnika.

1. Bəyəndiyiniz və onun kimi olmaq istəyəcəyiniz bir və ya iki mütəxəssis seçin.

2. Sizin üçün vacib olan hansı xüsusiyyətlər bu insanda var?

Müəyyənləşdirin.

Komandası, evi, maşını, ofisi, şirkəti var faktlarına yox, sırf sizi bu insanda maraqlandıran xüsusiyyətləri tapın. Özünüz üçün bələdçi və ya nümunə olaraq gördüyünüz şeylərə baxın.

3. Müəyyən etdikdən sonra onu özünüzdə axtarmağa və kəşf etməyə başlayın.

Rəylərdə alınıb-alınmadığını yazın, reaksiya verin.

İpucu: Çox vaxt bu tapşırığı, birinci dəfədən etməkdə böyük çətinlik çəkirlər. Biz özümüz üçün əsasən kor nöqtədəyik. Öz qabiliyyətlərimizi adətən digər insanların rəyləri və ya əldə etdiyimiz nəticələrin nümunəsi ilə görürük.

Özünüzə vaxt verin, 5-15 dəqiqə sadəcə özünüzü müşahidə edin. Tələsməyin. Özünüzə qarşı tələbkar olmadan, gözləntilər yaratmadan müşahidə edin.

Vacib olan izah etməyiniz deyil, özünüzdə bunu hiss etməyinizdir. Seçdiyiniz insana niyə dəyər verdiyinizi hiss edin.

Bəlli bir anda hiss edəcəksiniz və fərqinə varacaqsınız ki, eyni keyfiyyət sizdə də var.

Onu tapdıqdan sonra inkişaf etdirə bilərsiniz. Bu sizin unikallığınızın formalaşması üçün ilk addımdır.

Uğurlar!

Psixoloq, enerji tetapevti, art terapevt Zümrüd Əsədova

0