Panik atakın pozuntu kriteriyaları hansılardı?

ÖLKƏ
11:58 / 03.06.2022
1449

Hit.az xəbər verir ki, psixoloq, Psixoloji və Sosial Dəstək İctimai Birliyinin sədri, Psixologiya Mərkəzinin (UM) rəhbəri, bir neçə özəl klinikaların psixoloqu Ülviyyə Murtuzova panik atakın əlamətlərini açıqlayıb.

Aşağıdaki simptomlardan dördünün və ya daha çoxunun anidən ortaya çıxması çox təhlükəlidir. 

1. Ürək döyüntüsünün artması 
2. Tərləmə 
3. Tremor və ya titrəmə 
4. Nəfəssiz qalma və ya nəfəs darlığı. 
5. Boğulma hissi
6. Döş qəfəsində sıxıntı
7. Ürək bulanma və ya epiqastral (qarın) nahiyədə narahatlıq 
8. Baş fırlanması, ürəkgetmə hissi
9. Ətraf mühitə, özünə qarşı yadlaşma 
10. Özünənəzarəti itirmə və dəli olma qorxusu 
11. Ölüm qorxusu 
12. Keyimə 
13. Ürpərmə və ya istilik basması

0