Bu futbolçular Belarusla oyundan əvvəl Azərbaycan yığmasından kənarlaşdırıldı

İDMAN
16:01 / 06.06.2022
1572

Azərbaycan yığmasının bu gün Belarusa qarşı keçirəcəyi UEFA Millətlər Liqasının II tur matçı üçün "23-lüy"ü müəyyənləşib.

"Report"un əldə etdiyi məlumata görə, baş məşqçi Canni De Byazi sərəncamındakı futbolçulardan 3-nü oyunun iştirak ərizəsindən kənarda saxlayıb.

Bunlar Polşanın "Visla" (Plotsk) komandasından Anton Krivotsyuk, həmçinin "Qarabağ"ın mərkəz müdafiəçisi Bədavi Hüseynov və cinah oyunçusu Toral Bayramovdur.

Krivotsyuk ilk turun səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzduqları görüşdə də "23-lük"dən kənarda qalmışdı. Onunla birlikdə "Qarabağ"ın daha bir cinah oyunçusu Abbas Hüseynov və "Zirə"nin yarımmüdafiəçisi Coşqun Diniyev də iştirak ərizəsində yer almamışdı.

Qeyd edək ki, bu gün Novi Sad şəhərindəki “Karadjordje” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

 

0