Zakir Həsənov Türkiyədə səfərdədir, \"Efes-2022\" təlimini izləyəcək

09:37 / 07.06.2022
1355

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə "Efes-2022" beynəlxalq təlimini izləmək üçün qardaş ölkəyə işgüzar səfər edib.

Bu barədə Hit.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgini də ziyarət edəcək.

0