Ukrayna təyyarəsi Qobustanda dağa çırpıldı - 5 nəfərin öldüyü qəzanın TƏFƏRRÜATI

ÖLKƏ
09:53 / 08.06.2022
1189

Tarix: 11 noyabr 1942. Müharibənin ağır vaxtı. Sovet İttifaqı ciddi ərazi itkisinə məruz qalıb. Ölkənin Avropa hissəsinin böyük qismi faşist işğalı altınaddır. Belə bir vaxtda minik avtomobilinin itirilməsi belə ciddi zərərdir. O ki qaldı təzə təyyarə.

Lent.az-ın xəbərinə görə, bu tarixdə Azərbaycan SSR-də döyüşdən uzaq şəraitdə bir təyyarə qəzası baş verdi. Sovet arxivlərində hadisə aşağıdakı kimi təsvir olunur.

Kiyev xüsusi mülki aviasiya dəstəsi Tbilisi-Bakı-Tbilisi marşrutu üzrə tam məxfi tapşırıq yerinə yetirmək üçün 12.45-də Bakıdan havaya qalxır. 5 ekipaj üzvü və 1 sərnişin (HHQ-nin leytenantı) olan təyyarə yüksüz idi.

Bakı-Hacıqabul-Tbilisi marşrutunda hava aydın idi. Günün ikinci yarsında isə vizual uçuş üçün xüsusilə gözəl hava müşahidə olunur. Lakin gəmi komandiri məlum olmayan səbəblərdən Gürcüstana düz xətt üzrə getməyi qərara alır və Şamaxıya yönəlir. Yol 800-900 metr yüksəklikdə dağların üzərindən keçirdi və hava buludlu idi. 4 dəqiqə sonra rabitəçi koordinatı soruşur və əlaqə itir. Sonradan məlum olur ki, təyyarə Bakıdan 90 km məsafədə Ceyrankeçməz çayı yaxınlığında 900 metr yüksəklikdə dağa çırpılıb. Bundan sonra havada 40 metr yol qət edən təyyarə arxası üstə çevrilərək neft emalı məntəqəsinə düşərək yanıb. Ekipaj üzvləri hadisə yerində ölsə də, sərnişin sağ qalıb. 

Beləcə, cəmi 11 ədəd istehsal edilmiş PS-35 (ANT-35) tipli təyyarənin biri itirildi. Hava gəmisinin şassi nömrəsi 2 idi və ümumi istismar müddəti 20 saata çatmamışdı.

Qəzaya səbəb kimi pilotun özbaşına marşrutdan çıxması göstərilir. Həmin gün Şamaxıdakı hava şəraiti vizual uçuşa imkan vermirdi.

0