Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədovun daxili işlər orqanlarında xidmət müddəti başa çatıb.
Bu gün V.Əsədovun xidmət müddətinin sonuncu günüdür. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmr imzalayacağı gözlənilir.
Ehtimal edilir ki, o, təqaüdə göndəriləcək. Əslində isə xidmətdə olmanın son yaş həddi ötən il başa çatmışdı, lakin V.Eyvazovun əmri ilə V.Əsədov 1 il də xidmətdə saxlanılıb.
Qeyd: Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun da daxili işlər orqanlarında xidmət müddəti başa çatıb.///pravda