Azərbaycan mülki şəxsi erməni tərəfinə qaytardı

ÖLKƏ
19:46 / 09.06.2022
873

Azərbaycan azaraq hərbçilərimizin nəzarətində olan əraziyə keçən mülki şəxsi erməni tərəfinə qaytarıb.

HIT.az xəbər verir ki, bu barədə "Sputnik Armenia”ya məlumat yayıb.

Proses Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə baş tutub. 

69 yaşlı A.A. iyunun 1-də itkin düşmüşdü. Daha sonra məlum olub ki, həmin şəxs azıb və Azərbaycan tərəfinin nəzarətində olan əraziyə keçib.

Aparılan danışıqlar nəticəsində o, bu saat 12:00 radələrində təhvil verilib.

0