"Türk Hava Yolları" beynəlxalq adını dəyişir

İQTİSADİYYAT
14:56 / 15.06.2022
1424

Türkiyənin "Türk Hava Yolları" milli aviaşirkəti beynəlxalq adının dəyişdirilməsi üçün ölkənin patent və ticarət markaları qurumuna müraciət edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı bildirir.

Şirkətin yeni qərarına əsasən, aviadaşıyıcının beynəlxalq adı "Turkish Airlines" deyil, "Türkiye Havayolları" kimi istifadə olunacaq.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə hökuməti ölkənin beynəlxalq adının "Turkey"dən "Türkiye" olaraq dəyişdirildiyini bildirmişdi.

0