“Torqovı”dakı bu bina 2 ildir qəzalıdır (FOTO)

ÖLKƏ
14:12 / 26.05.2020
971

Bakının Rəsulzadə küçəsi 19 ünvanında bina qəzalı vəziyyətdədir.

Hit.Az-ın xəbərinə görə, “Torqovı” kimi tanınan küçədə yerləşən binada artıq yaşayış yoxdur. 
Əməkdaşımız məlumat verir ki, Natəvan heykəlinin arxasında, “Hard rock”la üzbəüz olan binada bir neçə ailə qalıb, altındakı restoranlar isə bağlanıb.

Vaxtilə həmin binanın altında məşhur “Özsüt” restoranı yerləşirdi. Xeyli vaxtdır ki, qəzalı olan bina ilə bağlı heç bir addım atılmır. Bina sakinləri iki il olar ki, köçürülüb.

0