Vilayət Eyvazov mayora vəzifə verdi

ÖLKƏ
09:21 / 22.06.2022
594

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru İftixar Səfərov Bərdə Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki, İ.Səfərov bu təyinata qədər həmin şöbədə müxtəlif vəzifələrdə çalışıb.

0