İcra başçısı müdir müavininə yeni vəzifə verdi

ÖLKƏ
18:11 / 27.06.2022
1024

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Loğman Hüseynov yeni vəzifəyə təyin olunub.

"Report"un məlumatına görə, bununla bağlı rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov sərəncam imzalayıb.

Müvafiq sərəncamla o, rayonun Uzuntəpə kəndinə icra nümayəndəsi təyin edilib.

Qeyd edək ki, Uzuntəpə kəndi rayonun ən böyük kəndlərindən biridir.

0