Flora Kərimova Afət Fərmanqızıdan təzminat tələb edir

ÖLKƏ
16:06 / 30.06.2022
1083

Xalq artisti Flora Fərimova müğənni Afət Fərmanqızı ilə bağlı növbəti dəfə məhkəməyə müraciət edib.

HİT.az APA-ya istinadla xəbər verir ki, Xalq artisti bu dəfə Nərimanov rayon Məhkəməsində mülki iddia qaldırıb. İddiada Afət Fərmanqızının üzr istəməsi və dəymiş mənəvi ziyana görə maddi təzminat tələbi irəli sürülüb.

İş üzrə məhkəmənin hazırlıq iclası avqustun 10-na təyin olunub.

Xatırladaq ki, Flora Kərimovanın Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı Binəqədi Rayon Məhkəməsində araşdırma aparılır. Həmin işdə Afət Fərmanqızı məhkəməyə gəlmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandılıb. Xüsusi ittihamçı Afət Fərmanqızının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edir.

0