MEDİA 39 xəbər saytına maliyyə yardımı edəcək - FOTO

ÖLKƏ
16:23 / 01.07.2022
756

Azərbaycan Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində 2022-ci ilin ikinci yarısı üçün elan edilmiş müsabiqənin nəticələrini açıqlayıb.

Hit.az xəbər verir ki, saytlardan 33-ü ictimai-siyasi, 6-sı isə idman məzmunludur.

Həmin saytların hər birinə ayda 3 min manat maliyyə yardımı ayrılacaq.

0