"Murov qartalı" Raquf Orucovun oğlu Aqşin məzun oldu - FOTO

ÖLKƏ
18:28 / 01.07.2022
1411

Aprel döyüşləri şəhidi, "Murov qartalı", polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Orucov məzun olub.

O, 4 il təhsil aldığı Azərbaycan Diplomatik Akademiyasının (ADA) Beynəlxalq Münasibətlər fakültəsini bitirib. 

2018-ci ildə Orta ümumitəhsil məktəbindəki tədrisini başa vuran Aqşin, 550-yə yaxın bal toplayaraq bu Ali təhsil ocağına qəbul olub. 

Qeyd edək ki, Raquf Orucov 1999-cu ildə Sevinc Alızadə ilə ailə həyatı qurub. Cütlüyün Aqşin və Nihad adlı iki övladı var. 

Xatırladaq ki, Raquf Orucov 2016-cı il də Aprel döyüşləri zamanı şəhid olub. Aprelin 5-i polkovnik-leytenant son mənzilə yola salınıb. O, Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunub. Raquf Orucov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

0
baku.ws