Azərbaycan Özbəkistanla aqrar sahədə əməkdaşlıq üzrə Yol Xəritəsi imzaladı - FOTO

İQTİSADİYYAT
10:27 / 05.07.2022
1149

Azərbaycanla Özbəkistan arasında Kənd Təsərrüfatı sahəsində Əməkdaşlıq üzrə Yol Xəritəsi imzalanıb.

HİT.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, sənədə Daşkənddə Türk Dövlətləri Təşkilatının 1-ci Kənd Təsərrüfatı Nazirləri Toplantısında imza atılıb.

Toplantı çərçivəsində azərbaycanlı nazir İnam Kərimov özbək həmkarı Cəmşid Xocayevlə görüş keçirilib. Görüşdə Prezident İlham Əliyevin Özbəkistana son rəsmi səfəri zamanı əməkdaşlığın gücləndirilməsin dair qarşıya qoyduğu tapşırıqların yerinə yetirilməsi, əməkdaşlığın gələcək faəliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb. Sonda aqrar sahədə əməkdaşlıq üzrə Yol Xəritəsi imzalanıb. Sənəddə iki ölkənin aqrar sığorta sisteminin, kənd təsərrüfatının rəqəmsallaşdırılması, kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri sahəsində təcrübə mübadiləsi aparması, ipəkçilik sahəsində birgə müəssisənin yaradılması və digər məsələlər öz əksini tapıb.

İ.Kərimov həmçinin Türk Dövlətləri Təşkilatının baş katibi Başdad Amreyev, Qırğızıstanın kənd təsərrüfatı naziri Askarbek Canıbekov və Qazaxsıtanın kənd təsərrüfatı naziri Erbol Karaşukeyevlə ikitərəfli görüşlər keçirib.

Türk Dövlətləri Təşkilatının 1-ci Kənd Təsərrüfatı Nazirləri Toplantısının sonunda yekun bəyannamə qəbul olunub.

0