Nazirlikdən hava xəbərdarlığı

ÖLKƏ
15:28 / 13.07.2022
648

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Xidmətdən HİT.az-a bildirilib ki, iyulun 14-ü axşamdan 16-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s olacaq.

Azərbaycanın rayonlarında isə iyulun 14-ü axşamdan 16-dək bəzi rayonlarda qərb küləyi arabir 15-18 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s olacaq.

0