Azərbaycanda ilk dəfə 4DX-da cizgi filminin nümayişi

MAQAZİN
17:00 / 15.07.2022
1907

Paytaxtın mərkəzində, Xəzər dənizinin sahilində, “Dəniz Mall” ticarət mərkəzində ölkənin ən böyük kinoteatrı “CinemaPlus”da Azərbaycanda ilk dəfə olaraq “Minyonlar: Qrüvitasiya” cizgi filmi ən son 4DX texnologiyası ilə nümayiş olunur.

Bu, “Mən yaramazam” (2010) cizgi filmində tamaşaçıların qarşılaşdıqları kiçik sarı canlılar haqqında “Minyonlar” (2014) filminin davamıdır.

Rejissor Kayla Balda. Stiv Karell və Pyer Koffen əvvəlki hissələrdəki rollarını təkrarlayırlar. Taraci Henson, Mişel Yeo, RZA, Jan-Klod Van Damm, Lyusi Lauless, Dolf Lundqren, Denni Treho, Rassell Brend, Culi Endryus və Alen Arkin də aktyor heyətinə qoşulub.

Bir milyon ildir ki, minionlar ONUNLA görüşənə qədər ən böyük və ən dəhşətli lideri axtarırlar. Qrü ilə tanış olun. O, hələ çox gənc olsa da, planlarında planeti titrədəcək həqiqətən pis şeylər var. 

4DX texnologiyası filmlərin hərəkət, fırlanma və kreslo titrəyişlər, su damcıları və külək, ildırım və qar, sabun köpükləri və ətir kimi əlavə xüsusi effektlər ilə vizual effektlərini genişləndirir. Bunun nəticəsində 4DX, tamaşaçıları böyük ekranda baş verən hadisələrə sövq etməklə kino sənayesində ən valehedici formatlardan biri hesab olunur. 

Hər bir 4DX zalı məkanda video ilə sinxron olaraq 21 müxtəlif effekt ilə hərəkət edən və filmin nümayişindən  maksimal həzz almaq imkanı verən oturacaq yerlərindən ibarətdir. 650-dən çox Hollivud filmi 4DX formatında nümayiş olunub.    
 
4DX istifadəyə verildikdən sonra tamaşaçılar kinoteatra böyük həvəslə gəlirlər və istirahətdən parlaq xatirələr əldə edirlər. Çünki hər kəs özünü kinonun bir hissəsi kimi hiss etmək istəyir. 

Qeyd etmək istərdik ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsində bu film 3 dildə: rus, ingilis və türk dillərində nümayiş olunur.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

0