Dünyada qiymət artımı Azərbaycanın ərzaq təhlükəsizliyi üçün də risklər yaradır. Bu səbəbdən qabaqcıl tədbirlər görülür.
Atılan addımlardan biri Prezident İlham Əliyevin ərzaqlıq buğda ilə özünü təminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında fərmanı olub.
Fərmana əsasən, bundan sonra ərzaqlıq buğda yetişdirən fermerlər istehsal etdiyi məhsulun həcminə görə 5 il müddətinə subsidiya alacaq.
Bu o deməkdir ki, daha çox məhsul istehsal edən fermerlər dövlətdən daha çox pul alacaqlar.
Ətraflı İTV-nin hazırladığı süjetdə izləyə bilərsiniz: