Polisə gedib evindən silah oğurlandığını dedi, özü də saxlanıldı

ÖLKƏ
11:46 / 25.07.2022
734

Xızı sakini evində saxladığı ov tüfənginin oğurlandığını deyərək polisə şikayət edib.

DİN-in Mətbuat Xidmətindən HİT.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinə şəhər sakini Ə.Hüseynovun evindən “İJ-58” markalı yivsiz ov tüfənginin oğurlanması barədə müraciət daxil olub. Oğurluğu törətməkdə şübhəli bilinən Ə.Hüseynovun qardaşı oğlu H.Hüseynzadə saxlanılıb. Onun həmin evdən “TOZ-17” markalı digər yivli ov tüfəngini oğurlaması da müəyyən olunub.

Tüfənglər polis əməkdaşları tərəfindən götürülüb. H.Hüseynzadə ilə yanaşı, Ə.Hüseynov da saxlanılıb.

Araşdırma aparılır.

 

0