Nazir bu rayona yeni rəis müavini təyin etdi - FOTO

ÖLKƏ
10:34 / 26.07.2022
854

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

HİT.az "oxu.az"a istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Elmir Dəmirçiyev Ağcabədi Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

O, bundan əvvəl Lənkəran Şəhər Rayon Polis Şöbəsində eyni vəzifədə çalışıb.

0