MN daha bir məlumat yaydı, ermənilərin iddialarını təkzib etdi - YENİLƏNİB

ÖLKƏ
16:10 / 28.07.2022
824

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan dövlət sərhədində Ordumuzun bölmələri tərəfindən qarşı tərəfin mövqeləri istiqamətində atəş açılması iddialarını təkzib edib.

HİT.az xəbər verir ki, bu barədə nazirliyin "Facebook" səhifəsində yayılan məlumatda bildirilib.

"Azərbaycan-Ermənistan dövlət sərhədində Ordumuzun bölmələri tərəfindən guya qarşı tərəfin mövqeləri istiqamətində atəş açılması barədə erməni mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır".

13.25

Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə atəşkəsin pozulması iddialarını təkzib edib.

HİT.az xəbər verir ki, bu barədə nazirliyin "Facebook" səhifəsində yayılan məlumatda bildirilib:

"Azərbaycan Ordusunun bölmələrinin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır və həqiqəti əks etdirmir".

0