Putin Təhlükəsizlik Şurasında Qarabağı müzakirə etdi, Rusiya XİN bəyanat yaydı - YENİLƏNİB

16:09 / 04.08.2022
1264

Avqustun 4-də Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirədə Qarabağda vəziyyətin kəskinləşməsini müzakirə edib.

HİT.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

“Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi ilə bağlı vəziyyət müzakirə olunub. Üçtərəfli sazişin bütün müddəalarının təcili həyata keçirilməsinin zəruriliyi vurğulanıb”, deyə Peskov bildirib.

“İclasda üçtərəfli razılaşmanın bütün bəndlərinin icrasının vacibliyi vurğulanıb”, deyə Peskov bildirib.

Rusiya Xarici İşlər Nazirliyi də vəziyyətlə bağlı açıqlama yayıb. Bildirilib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı və ermənistanlı həmkarları ilə Qarabağdakı vəziyyətə görə sıx əlaqədədir: “Rusiya Qarabağdakı gərginlikdən dolayı öz narahatlığını ifadə edir".

15.47

“Kreml Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır”.

HİT.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

O, Moskvanın hadisələri çox diqqətlə izlədiyini qeyd edib:

“Tərəfləri təmkinli olmağa, ən əsası məlum üçtərəfli sənədlərin bütün müddəalarına əməl etməyə çağırırıq”, - deyə dövlət başçısının sözçüsü əlavə edib.

0