Ağstafanın Xətai kəndindən olan şəhidimiz Tahir Əliyevin ailəsi ziyarət olunub.
Şəhidin atası Çingiz Əliyev Tahir haqqında xatirələrini bölüşərək oğlunun yoxluğunun ağır olduğunu, lakin Vətəni uğrunda göstərdiyi igidliyə görə onunla qürur duyduğunu, fəxr etdiyini bildirib.
RİH başçısı Seymur Orucov bütün şəhidlərimiz kimi Tahirin də yalnız ağstafalıların deyil, bütün Azərbaycanın qüruru olduğunu söyləyərək Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla hər bir azərbaycanlının daim şəhid ailələrinin yanında olmasından, eləcə də onlara göstərilən yüksək dövlət qayğısından söz açıb.
11.02.2002-ci il tarixində Xətai kəndində dünyaya göz açan Tahirin keçdiyi şərəfli ömür yolundan və Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi 05 avqust 2022-ci il tarixində Laçın rayonu ərazisində xidməti döyüş tapşırığını qəhrəmancasına yerinə-yetirən zaman şəhidlik zirvəsinə ucalmasından geniş bəhs olunub, Onun əziz xatirəsi dərin ehtiramla yad edilib.