Elman Nəsirov şəklindən danışdı: “Fotoşop deyil...”

ÖLKƏ
10:47 / 10.08.2022
675

Milli Məclisin deputatı Elman Nəsirovun sosial şəbəkə hesabında paylaşdığı fotosu müzakirələrə səbəb olub. Fotodakının Elman Nəsirov olmadığı, fotoşopdan istifadə etdiyi ehtimal edilib.

Elman Nəsirov Pravda.az-a açıqlamasında bunun “Photoshop” olmadığını deyib: 

“Mütəmadi idmanla məşğulam. Həftədə 3 dəfə trenajorda, 3 dəfə də üzgüçülükdə oluram. Üzməyə səhər tezdən 08:00-da, trenajora isə axşam 19:00-da gedirəm. Sağlam həyat tərzi keçirirəm. Sözügedən fotonu idmanı təbliğ etmək məqsədilə V İslam Həmrəyliyi Oyunları ərəfəsində paylaşdım”.

1