Heydər Əliyev Mərkəzi şəhid əmanətləri, idmançılar və qaziləri bir araya toplayıb - VİDEO

ÖLKƏ
13:08 / 14.08.2022
650

"10 ildir sizinlə" layihəsi çərçivəsində Heydər Əliyev Mərkəzində şəhid əmanətləri, idmançılar və qaziləri bir araya toplanıb. 

Bu barədə nəğməkar-şair Cəlal Qurbanov öz "Instagram" hesabında paylaşım edib.

Güləş üzrə Olimpiya çempionlarımız Toğrul Əsgərov, Rəsul Cunayev və Dünya Çempionumuz Ağahüseyn Mustafayev “Cəngavərlər Meydanında” qəhrəman övladlarına Milli Güləşin sirlərini öyrətdilər. Hər zaman şəhid əmanətlərinin yanında olan Heydər Əliyev Fonduna və Heydər Əliyev Mərkəzinin rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk. Döyüşçü ruhunda yetişdirilən qəhrəman balaları atalarının da ruhunu şad edirlər. Bunu tədbirin sonunda göydən nur kimi bir neçə dəqiqəlik yağan yağış da bizə hiss etdirdi.

0