Laçından acı xəbər:  2 hərbçimiz minaya düşdü

ÖLKƏ
12:16 / 22.08.2022
1144

Laçında Azərbaycanın iki hərbçisi minaya düşüb.

Bu barədə Qaynarinfo-ya Qubadlı Hərbi Prokurorluğundan məlumat verilib.

"Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun 21-də işğaldan azad olunmuş Laçın rayonunun ərazisində minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır", - məlumatda bildirilib.

0