DTX tərəfindən Cənub Ərazi Baş Gömrük İdarəsində əməliyyat keçirilməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Bu barədə Qaynarinfo-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Açıqlamada qeyd edilir ki, Dövlət Gömrük Komitəsinin aidiyyəti struktur bölmələri tərəfindən Komitənin tabeli qurumunda müvafiq yoxlama həyata keçirilib.
Qaynarinfo-nun əldə etdiyi digər məlumata görə, "Azərterminalkompleks” Birliyinin direktor müavini, daxili xidmət polkovniki Məsumov Hüseyn Möhsün oğlu təqaüdə göndərilib.
17:42
Dövlət Gömrük Komitəsində daha bir anti-korrupsiya əməliyyatı keçirilib.
Hit.az xəbər verir ki, gununsesi.info-nun əldə etdiyi məlumata görə, budəfəki əməliyyatı DTX ilə birlikdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi keçirib.
Bu saatlarda keçirilən əməliyyat Şimal Ərazi Baş Gömrük İdarəsindəki Azterminal Birliyinin SDK Gömrük Postunda keçirilib. Tutulanlar barədə hələlik məlumat yoxdur.