Loqoped mərkəzində uşaqlara işgəncə verən şəxslərin kimliyi müəyyənləşdi - VİDEO

ÖLKƏ
10:47 / 03.09.2022
1100

Paytaxtda reabilitasiya mərkəzində əlil uşaqlara işgəncə verən şəxslərin kimliyi polis tərəfindən müəyyən olunub.

Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

"Araşdırmalar davam etdirilir. Əlavə məlumat veriləcəkdir", - Mətbuat Xidmətindən bildirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nin Mətbuat xidməti də olayla bağlı açıqlama yaylıb. Bildirilib ki, bununla bağlı Dövlət Komitəsi və aidiyyəti qurumlar tərəfindən dərhal araşdırmalara başlanılıb: "Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə  hüquqi qiymət veriləcək".

1