Baş prokurordan yeni təyinatlar

ÖLKƏ
17:17 / 06.09.2022
959

Quba rayon prokurorunun müavini vəzifəsindən azad olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Baş Prokuror Kamran Əliyevin əmrinə əsasən, Quba rayon prokurorunun müavini Pərviz Nərimanov tutduğu vəzifədən azad edilib.

Digər əmrlə Pərviz Nərimanov Qaradağ rayon prokurorunun müavini təyin olunub.

Baş prokurorun başqa bir əmri ilə Tural Haqverdiyev Bakı şəhəri Nərimanov rayon prokurorunun müavini vəzifəsinə təyin edilib.

O, bundan əvvəl Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi vəzifəsində çalışıb.

0