Firəngiz Rəhimbəyova ABŞ-da dəfn olundu

MƏDƏNİYYƏT
10:54 / 07.09.2022
1856

Azərbaycanlı estrada müğənnisi, aktrisa Firəngiz Rəhimbəyova ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində dəfn olunub.

APA xəbər verir ki, əvvəlcə sənətçi ilə vida mərasimi keçirilib, ardından torpağa tapşırılıb.

Mərasimdə Firəngiz Rəhimbəyovanın ailə üzvləri və sevənləri ilə yanaşı, Azərbaycanın Los-Ancelesdəki konsulluğu da iştirak edib.

Qeyd edək ki, Firəngiz Rəhimbəyova avqustun 16-da vəfat edib. Bir sıra filmlərdə də rol alan sənətçi daha çox "Bəxt üzüyü" filmindəki Sevda obrazı ilə yadda qalıb.

O, 1999-cu ildə amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurduqdan sonra Los-Anceles şəhərinə köçüb və orada yaşayıb.

0