Günün yoluxma statistikası açıqlandı

ÖLKƏ
16:32 / 07.09.2022
685

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 502 yeni yoluxma faktı qeydə alınıb, 611 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hit.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.
Azərbaycanda son sutkada 1 353 nəfər vaksinasiya olunub.

Gün ərzində birinci doza vaksinlərin sayı 377, ikinci doza vaksinlərin sayı 178 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 671-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 127 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 868 240 olub.

0