Azərbaycanda “TikTok” və “Telegram” bağlanıb? - Nazirlikdən açıqlama

TEXNO
16:04 / 14.09.2022
4981

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkədə sosial şəbəkələrdən istifadəyə məhdudiyyət qoyulması, o cümlədən “TikTok” və “Telegram”ın bloklanması ilə bağlı iddialara münasibət bildirib.

Nazirlikdən HİT.Az-a bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Nazirlik heç bir internet resursuna məhdudiyyət qoymayıb”, - deyə qurum bəyan edib.

Xatırladaq ki, son günlər Azərbaycanla Ermənistan arasında baş verənlərlə bağlı TikTok” və “Telegram”ın bloklanmasına dair məlumatlar yayılıb.

0