Masallıda qəhrəman şəhidlərimzin adına ehsanat verildi - Şəhid ailələri və qazilərlə görüş

ÖLKƏ
16:27 / 18.09.2022
1077

Dünən Masallı rayonu, Türkoba kəndində ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın adına ehsan süfrəsi açıldı.

Birinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik Səxavəddin Sadıqovun təşəbbüsü və təşkilatçılığı ilə baş tutan məclisdə Masallı rayonunda yaşayan şəhid ailələri və qazilərlə yanaşı, rayon icra hakimiyyətinin başçısı, rayon hüquq-mühafizə orqanlarının rəhbərliyi, ziyalılar və ictimai xadimlər iştirak edirdilər.

Qonaqlar arasında ətraf rayonlardan - Lənkəran, Lerik, Yardımlı, Biləsuvar, Cəlilabad və Astara rayonlarından da təşrif buyurmuşdular. Şəhidlərimizin fotoşəkilləri asılmış stendlərin önündə gül çələngləri qoyulduqdan və onların ruhunu bir dəqiqəlik sükutla yad etdikdən sonra məclis Dövlət Himnizimizn səslənməsi ilə başladı.

Himn səsləndikdən sonra sonra tədbiri giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov açdı. Şəhid və qazi ailələrinə Cənab Prezidentimizin xüsusi diqətini çatdıran başçı qeyd etdi ki, əldə etdilmiş bütün nailiyyətlərimizə görə Cənab Ali Baş Komandan İlham Əliyevə minnətdar olmalıyıq:

"Son illər ərzində şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ölkə rəhbərinin çoxsaylı görüşləri olub. bunu xüsusilə qeyd etmək istəyirəm ki, müharibədən əvvəl hər dəfə görüşlər zamanı Prezidentimiz vurğulayırdı ki, biz nəyin bahasına olursa-olsun, öz torpaqlarımızı qaytaracağıq, Qarabağı qaytaracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik, şəhidlərimizin qisasını alacağıq və belə də oldu. Cənab Prezident İlham Əliyev itirilmiş ərazilərimizi bərpa edərək tarixi ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi, öz torpaqlarımızı qaytardı və şəhidlərimizin qisasını aldı. Bu gün açıq deyə bilərik ki, İkinci Qarabağ müharibəsindəki, Vətən müharibəsindəki Qələbəmiz tarixi zəfərimizdir."

Bu günə qədər dövlət siyasəti olaraq şəhid ailələri, müharibə əlilləri üçün çox böyük işlərin görülməsindən danışan icra başçısı Araz Əhmədov bildirdi ki, bu sahədə Azərbaycan dünya miqyasında nümunəvi ölkə sayıla bilər. Daha sonra icra başçısı şəhidlərin adına verilən ehsanatın Tanrı yanında qəbul edilməsini arzulayaraq bir daha məclisə təşrif buyuran şəhid və qazi ailələrinə minnətdarlığını bildirdi.

Tədbirin həyata keçirilməsində əməyi və xüsusui zəhməti olan 1-ci Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan polkovnik Səxavəddin Sadıqov isə çıxışında şəhid valideynlərini və qaziləri salamlayaraq onların qəhrəmanlıqlarından və Azərbaycan tarixinə verdiyi töhfələrindən danışdı. Dövlətin hər bir şəhid ailəsinin yanında olduğunu bildirən Səxavəddin Sadıqov buna görə ölkə rəhbəri, Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. O, Heydər Əliyevlə bağlı maraqlı açıqlama verərək, çoxlarının marağına səbəb olacaq bir vətənpərvərlik əhvalatını danışdı:

"Ulu öndərimiz Heydər Əliyev ilk olaraq bizlərə, xüsusən də hərbçilərə vətəni sevməyi öyrətdi, sonra Qarabağ uğrunda necə döyüşüb torpaqlarımızı işğaldan azad etdməyin yollarını. Yəqin xatırlayırsınız, o zamanlar rəhmətlik Heydər Əliyev tərəfindən qardaş Türkiyəyə hərb elmini öyrənməyə zabitlər göndərilirdi. Bir dəfə yüksək ali təhsil almış zabitlərdən biri mənə dedi ki, biz Türkiyədə tələbə olanda ulu öndər Heydər Əliyev bizimlə maraqlanmağa gəlmişdi, hərbi təhsil alan bütün hərbçilərə üzünü tutub dedi ki, mən sizi buraya silah və sursatla rəftar qaydalarını öyrənməyə göndərməmişəm, sizi bura ona görə göndərmişəm ki, ilk olaraq Vətəni sevməyi öyrənin. Bunu öyrənəndən sonra bütün silahları mənimsəyəcəksiniz və bundan sonra torpaqlarımızı işğaldan azad etməyi bacaracaqsınız”.

Polkovnik Səxavəddin Sadıqov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğal olunmuş torpaqlarımızı necə və hansı əziyyətlər hesabına azad etməsindən qürurla danışdı:

"Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tarixə qızıl hərflərlə yazılıb. Baxın, torpaqlarımızın işğaldan azad olunmasının təməlini Ulu Öndərmiz rəhmətlik Heydər Əliyev qoydi. Onun siyasətinin layiqli davamçısı cənab Ali Baş Komandan İlham Əliyev isə həyata keçirdi və tarixi ədaləti, hüququ bərpa etdi. Cənab Ali Baş Komandan İlham Əliyev həm diplomat kimi dünya ilə döyüşdü, həm Ali Baş Komandan kimi hərbi əməliyyatlara rəhbərlik edib düşməni döyüş meydanında darmadağın elədi. Errmənistanın maraqlarını müdafiə edən bəzi dövlətlərin diplomatiyasını da dünyanın ən aparıcı efir məkanlarından, Avropanın və qərbin tribunalrından elə dünyanın gözü qarşısında darmadağın etdi... Prezidentimizin rəhbərliyi altında qazanılan qələbələr, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb edir. Bu gün xalqımız ölkə rəhbərimizin qətiyyəti, uzaqgörən siyasəti, ordumuzun güc-qüdrəti ilə nail olunan zəfər sevincini yaşayır. Uzun illərdən bəri dərin intizarla gözlədiyimiz bu Qələbə, eyni zamanda, Azərbaycanın erməni işğalçıları tərəfindən pozulan ərazi bütövlüyünün bərpasının təsdiqidir. 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi, düşmən üzərində qələbəmizi təmin edən tarixi zəfərimiz bir daha sübut etdi ki, Azərbaycanda Prezident, Xalq, Ordu birliyi dünya dövlətləri və xalqlaraına bir nümunədir".

Tədbir çərçivəsində daha sonra hərbi vətənpər ruhlu şerlər səsləndirildi və qəhrəman şəhidlərimizin adına ehsanat verildi.

0