İsrail şirkətlərinin nümayəndələri Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti ilə tanış olub - FOTO

İQTİSADİYYAT
16:49 / 20.09.2022
875

Aqrar sahə üzrə ixtisaslaşmış elmi tədqiqat institutları xarici tərəfdaşlarla elmi -təcrübə və texnologiya mübadiləsi sahəsində əməkdaşlığı genişləndirir. 

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda ölkəmizdə səfərdə olan İsrailin müasir suvarma sistemləri üzrə ixtisaslaşmış şirkətlərinin təmsilçiləri ilə görüş keçirilib.  Görüşün keçirilməsində məqsəd faydalı ikitərəfli əməkdaşlığın qurulması, birgə elmi tədqiqatların aparılması, forumarın keçirilməsi imkanlarını müzakir etmək olub.

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Publik Hüquqi Şəxsin İdarə Heyətinin direktoru Elmar Allahverdiyev qonaqlara institutun fəaliyyəti, aparılan elmi tədqiqat işləri, yeni yaradılmış tərəvəz sortları, tərəvəz toxumçuluğunun inkişafı, yerli toxumlara olan tələbatın ödənilməsi barədə ətraflı məlumat verib. O bildirib ki, institutda qurulmuş biotexnologiya laboratoriyası, aqrokimya laboratoriyası və digər müasir laboratoriyalar günün tələblərinə uyğun mövzular ətrafında elmi tədqiqatların aparılmasına və təcrübədə yoxlanılmasına imkan verir.  

Kənd Təsərrüfatı Nazirliyinin meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Surxay Novruzov aqrar sahədə tətbiq olunan innovasiyalar, tərəvəz sahələrində və istixanalarda istifadə olunan müasir suvarma sistemləri barədə qonaqları məlumatlandırıb. O bildirib ki, tərəvəzçilik müasir innovasiyaların ən çox tətbiq olunduğu sahələrdən biridir və bu səbəbdən Azərbaycanda rəqabətə davamlı tərəvəz məhsullarının istehsalı sahəsi inkişaf edib.

Nümayəndə heyəti institutun müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaları, toxum emalı kompleksi, istixana kompleksləri ilə yaxından tanış olub, “Netafim” şirkətinin dəsətyi ilə quraşdırılmış müasir suvarma, yerüstü və yeraltı damlama, gübrələmə və ağıllı idarəetmə sistemlərinə, sınaq əkin sahələrinə baxış keçiriblər.

Görüşdə İsrailin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Corc Dik də iştirak edib.

0