Mətin Eynullayev bu vəzifəni ləğv etdi

İQTİSADİYYAT
15:15 / 21.09.2022
980

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətində struktur dəyişikliyi olub.

HİT.az-ın Unikal-a istinadən məlumatına görə, bununla bağlı Xidmətin rəisi Mətin Eynullayev əmr imzalayıb.

Əmrə əsasən, Dövlət Xidmətində Aparat rəhbəri vəzifəsi ləğv edilib.

Qeyd edək ki, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Aparat rəhbəri vəzifəsini Şahin Bağırov icra edirdi. 2022-ci ilin 18 iyul tarixində isə Şahin Bağırov Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini təyin edilib.

0