Cəbrayıl Zəfərin ilk carçısıdır

SİYASƏT
16:28 / 22.09.2022
365

Cəbrayıl şəhəri 23 avqust 1993-cü ildə Erməistan silahlı qüvvələri tərəfindən işğal olunmuş və 2020-ci ilin Oktyabr ayının 4-də işğaldan azad olundu. Bu şəhərin azad olunması böyük zəfərin ilk carçısı kimi dəyərləndirilməlidir. Düşmən Cəbrayıl ərazisində bir neçə cərgədən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi.

Bizim əsgər və zabitlərimiz, sözün əsl mənasında, ölümə gedirdilər. Biz şəhidlərimizin canı-qanı bahasına öz doğma torpaqlarımıza qayıtmışıq. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlara uğurlu addımlarımız mümkün olmuşdur. Məhz Cəbrayıl azad olunduqdan sonra Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizinə nəzarət Azərbaycanın ixtiyarına keçdi.

Yaradılması nəzərdə tutulan “Araz Vadisi İqtisadi Zonası”nın bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Həmin layihə 200 hektar sahəni əhatə edəcəkdir vəı artıq ilkin maliyyə vəsaiti də ayrılmışdır. “KamAZ” şirkətinin regional xidmət mərkəzinin açılışı gələcəyi olan bir lajihədir. Rusiya şirkəti bu bölgəyə investisiya qoymağa başlayıbdır. Türkiyə şirkətləri isə artıq Zəngilan rayonunda böyük kənd təsərrüfatı layihəsinə sərmayə qoymağa başlamışlar.

Rayonun elektrik təchizatı məsələləri demək olar ki, öz həllini tapıb. Laçın və Kəlbəcər rayonlarında hazırda su elektrik stansiyalarının bərpası işləri gedir. Artıq bir neçə stansiya işə başlayıb. Cəbrayıla çəkilən 4-6 zolaqlı yol rayona gələcək vətəndaşlar rahatlıqla gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər.

Cəbrayıl şəhərinin işğaldan azad olunduğu 4 oktyabr tarixi xalqımızın yaddaşında əbədi qalacaqdır. Bu Qələbənin əsas əhəmiyyəti ondan ibarət idi ki, müharibənin birinci həftəsində ilk dəfə şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu Qələbədən sonra şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də davam etdirmişdir.

Qeyd etmək lazımdır ki, elə “Böyük Qayıdış” Cəbrayıldan başlamışdır. Belə ki, Cəbrayılın işğaldan azad olunması hələ beş il bundan əvvəl başlamışdı. Aprel döyüşləri nəticəsində strateji yüksəkliklər işğaldan azad olundu və Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçün imkanlar əldə edildi. Cocuq Mərcanlıya qayıdış isə Böyük Qayıdışın əsasını qoydu.

Ermənistan və onu dəstəkləyənlər başa düşməlidielər ki, bizə qarşə olan təhdidlərin qarşısını almaq bizim legitim hüququmuzdur. 44 günlük müharibənin nəticəsi olaraq Azərbaycan bölgədə yeni bir reallıq yaratdı və həmin reallıqla hesablaşmaq lazımdır. Biz imkan vermərik Ermənistanda yenə də bizə qarşı hansısa təxribat hazırlansın.

İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uydursa da bu münasibətlərin pozulmasına səbəb ola bilməyəcəkdir. Bu cür ucuz təxribatlara əhəmiyyət verilməməlidir. Təəssüf ki, İranın rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başladılar və Azərbaycan bu bölgələrə İsraili gətirmək kimi uydurmalar irəli sürdülər. Heç bir sübut olmadan belə əsassız iddialar irəli sürmək heç kəsə başucalığı gətirmir.

Biz kimsəyə izn vermərik ki, bizim daxili işimizə qarışsın. Azərbaycan müstəqil siyasət aparan bir ölkədir. Qonşularımızla və bütün başqa ölkələrlə münasibətləri müstəqil siyasət əsnasında qururuq. Biz hər bir ölkənin suveren hüquqlarına hörmətlə yanaşırıq və tələb edirik ki, bizim suveren hüquqlarımıza hər kəs hörmətlə yanaşsın, bizim daxili işlərimizə müdaxilə etməsin.
Bəzi dövlət rəsmiləri bilməlidirlər ki, Azərbaycan heç kimin sərhədini pozmayıb və pozmaq fikri də yoxdur. İndi Ermənistan rəhbərliyi ən yüksək səviyyədə açıq-aydın bəyan edir ki, Azərbaycan Gorus-Qafan yolunun müəyyən hissəsində haqlı olaraq yerləşib. Çünki sovet dövründəki xəritələr bunu göstərir.

Bilditiniz kimi, uzun müddət Azərbaycana qarşı edilən təzyiqlərin və təxribatların təməlində Qarabağ amili dururdu. Biz artıq “Siz gərək Qarabağı unudasınız, siz gərək bu vəziyyətlə barışasınız” kimi səsləndirilən tezislərə son qoymuşuq. Bütün təzyiqlərin təməlində o dayanmışdı ki, biz daxili problemlərlə məşğul olaq, daxili problemlərin içərisində çabalayaq ki, Qarabağ unudulsun və Ermənistan bu torpaqlara əbədi sahib olsun. Bəzi xarici ölkələrin nümayəndələri deyirdilər ki, siz gərək reallıqla hesablaşasınız, çüki siz müharibəni uduzmusunuz.

Amma biz müharibədə zəfəq qazandıq və yeni reallıqla hər kəs barışmalıdır. Azərbaycan əməkdaşlığa açıq ölkədir və biz bütün qonşu dövlətlərə əməkdaşlıq platformasını təqdim etmişik. Türkiyə Prezidenti tərəfindən təklif olunan əməkdaşlıq platformasına Azərbaycan birinci ölkə olaraq öz dəstəyini göstərib və hazırda regionda real praktiki əməkdaşlıq çərçivələri müəyyənləşdirilir.
Biz bəyan edirik ki, Ermənistanla Azərbaycan arasındakı ədavət əbədi olmamalıdır. Regionda yeni dövr başlayır və onu müsbət istiqamətə yönləndirmək lazımdır. Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, sülh müqaviləsi, bir-birinin ərazi bütövlüyünün tanınması istiqamətində, ondan sonra iqtisadi əlaqələrin bərpası, nəqliyyat kommunikasiyalarının açılması, bütün bunlar gündəlikdə olan məsələlərdir. Azərbaycan tərəfində siyasi iradə var. Ermənistan tərəfində də siyasi iradə olarsa biz hər hansı vasitəçiyə ehtiyac olmadan, bu məsələləri həll edə bilərik.
Biz Böyük qayıdı planının icrası ilə məşğuluq və yaxın 5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək. Bunu biz, ilk növbədə, insanlar üçün edirik. Əziyyət çəkmiş, çadırda, vaqonun altında, yataqxanada, uşaq bağçasında dözülməz şəraitdə yaşamış o insanlar ən yaxşı şəraitdə yaşamalıdırlar və yaşayacaqlar.

Azərbaycanın əldə etdiyi Zəfərdə 29 il öncə xalqımızın etdiyi seçimin böyük rolu vardır. Belə ki, Azərbaycan xalqı 1993-cü ildə özünə xas olan müdriklik göstərməsəydi, Ulu Öndəri dəvət etməsəydi, Azərbaycanın taleyi çox qaranlıq ola bilərdi. Biz o vaxt itirilmiş torpaqları nəinki bərpa edə bilərdik, biz daha böyük fəlakətlərlə üz-üzə qala bilərdik. Biz hələ yaranmaqda olan dövlətçiliyi itirə bilərdik. Bu, tam həqiqətdir. Ulu Öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri bu gün burada özünü göstərib. Çünki bu təməli Ulu Öndər qoydu - ordu quruculuğu, islahatlar, neft kontraktları, ölkəmizə ilk valyutanın gəlməsi. Elə ilk vəsaiti də məhz köçkünlərin yaşayış şəraitinin yaxşılaşmasına Heydər Əliyev istiqamətləndirmişdi. Əgər Ulu Öndər bu ölkənin təməlini düzgün qoymasaydı və dövlətçilik qurmasaydı, bu gün Zəfərdən söhbət gedə bilməzdi.
Qazanılmış Qələbənin əhəmiyyəti ondan ibarətdir ki, Zəfər nəticəsində təkcə işğal altında olan torpaqlarımız azad olnmadı, həm də yüzillərlə həyata keçirmək istədikləri Erməni mifologiyasına son qoyuldu. Bizə qarşı otuz il ərzində çirkin təbliğat aparan, Azərbaycan xalqının ləyaqətini alçaltmağa çalışanlar artıq öz payını aldılar. Daha heç kim dünyada “müzəffər erməni əsgəri” haqqında bir söz demir və deyə də bilməyəcəkdir. Çünki artıq Ermənistan ordusu yoxdur. Rəsmi Ermənistan artıq nağıllardan əl çəkməli və reallıqları qəbul etməlidir.

İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

0