Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.
“Toyota” markalı maşını idarə edən Hüseynov Namiq Fərhad oğlu işıqforun qırmızı işığında dayanan zaman “Azsamand” markalı nəqliyyat vasitəsini idarə edən şəxs yüksək sürətlə maşını əvvəlcə “Renault” markalı avtomobilə çırpıb. Daha sonra “Azsamand” Namiq Hüseynova məxsus “Toyota”ya dəyərək dayanıb.
Qəza nəticəsində “Renault” markalı nəqliyyat vasitəsində olan iki nəfər xəsarət alıb.
Hadisə yerinə təcili tibbi təxirəsalınmaz yardım xidmətinin əməkdaşları cəlb edilib. Yaralılar 3 nömrəli xəstəxanaya aparılıb.
“Toyota”nı idarə edən tanınmış Aşıq Namiq APA-ya bildirib ki, “Azsamand”ın sürücüsü sürət həddini aşıb.
Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.