Azərbaycanda keçmiş deputat vəfat etdi - FOTO

ÖLKƏ
11:47 / 21.10.2022
1152
İctimai-siyasi xadim, keçmiş deputat Surxay Tağızadə 90 yaşında vəfat edib.
 
Modern.az xəbər verir ki, bu barədə mərhumun qohumları bildiriblər.
 
Qeyd edək ki, S.Tağızadə 1985-1990-cı illərdə Azərbaycan Ali Sovetinin deputatı olub. O, bir sıra dövlət qurumlarında məsul vəzifələrdə çalışıb.
 
Mərhum respublikanın əməkdar kənd təsərrüfatı işçisi idi.
 

0