Azərbaycanlı biznesmenin öldürülməsi üçün 15 min dollara killer tutdular

ÖLKƏ
13:31 / 21.10.2022
1082

2019-cu ildə Rusiyanın Arxangelsk şəhərində qətlə yetirilən azərbaycanlı biznesmenin işi ilə bağlı qərar çıxarılıb.

Lent.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, qətlin təşkilatçıları 15 min dollar müqabilində Voronej vilayətindən killer tutaraq həmyerlilərinin ölümünə səbəb olublar. 

Killer yaxalanandan sonra ələ keçiriləcəklərindən qorxan 3 Azərbaycan vətəndaşı Bakıya qaçıb. Rusiya İstintaq Komitəsinin təqdim etdiyi materiallardan sonra onlar Azərbaycanda həbs ediliblər. 

Məhkəmə onlar barəsində 15 ildən 16.5 ilə qədər azadlıqdan məhrumetmə qərarı çıxarılıb.

0