Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak oldu - FOTO

ÖLKƏ
09:22 / 25.10.2022
504

Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı çavuşu Orucov Rəşad Əliqulu oğlu Donetsk vilayəti istiqamətində həlak olub.

HİT.az "Report"a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü azərbaycanlı hərbçi Ukraynanın Xmelnitsk vilayətində doğulub böyüyüb.

O, 2014-cü ildən etibarən Ukrayna ordusunda müddətdən artıq çavuş kimi xidmət edirdi.

R. Orucov böyüdüyü vilayətdə dəfn olunub.

0