“Musiqili Proyektor” multimedia şousu keçirildi

ÖLKƏ
09:10 / 25.10.2022
958

Nizami Kino Mərkəzində "ART-EAST MEDİA GROUP" şirkətinin təşkilatçılığı, "Azərbaycanfilm" kinostudiyasının dəstəyilə ilə "Musiqili Proyektor" multimedia şousu keçirildi.

Hit.az-ın məlumatına görə, "Musiqili Proyektor" multimedia şousunda "AVANQARD" kamera orkestrinin ifasında Azərbaycan və dünya kinematoqrafiyasının ən sevilən film və cizgi filmlərinin saundtrekləri yeni aranjimanda tamaşaçılara təqdim edildi.

Konsert proqramında ölkədə və hətta geniş coğrafiyada böyük sevgi və rəğbət qazanmış ekran əsərlərindən seçilmiş musiqi nümunələri parlaq rəqs ifaları, xoreoqrafik kompozisiyalar məşhur filmlərdən fraqmentlərlə müşayiət olundu.

0