Əliyev-Putin-Paşinyan görüşünün yeri və tarixi açıqlandı

SİYASƏT
12:33 / 26.10.2022
1142

“Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 31-i Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyev və Vladimir Putinlə görüşmək üçün Soçiyə yollanacaq”.

HİT.Az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. 

“Məndə olan məlumatlara görə, Paşinyan səfər edəcək. Düşünürəm ki, görüş baş tutacaq”, deyə Simonyan söyləyib.

Qeyd edək ki, İlham Əliyevlə Nikol Paşinyan arasında son görüş 6-7 oktyabr tarixlərində Praqada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutub. Görüşdə Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin edib.

Xatırladaq ki, Putin Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı İlham Əliyev və Nikol Paşinyanı Rusiyada görüşməyə dəvət edib.

0