Ramin Hacılıya hökm oxundu

ÖLKƏ
17:22 / 26.10.2022
946

Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılıya hökm oxunub.

HİT.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Məhkəmənin qərarı ilə Ramin Hacılı 7 il 7 ay 14 gün müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ramin Hacılı və bir qrup şəxs Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) maddəsi ilə təqsirləndirilərək, qanunsuz miqrasiyanın təşkilində ittiham olunaraq istintaqa cəlb olunublar. Sonradan digər şəxslər azadlığa buraxılsa da, R.Hacılının işi ayrıca icraata verilib.

0