Yoluxma statistikası açıqlandı

ÖLKƏ
16:36 / 28.10.2022
657

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 49 yeni yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxmış 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 823 149 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 889 nəfər müalicə olunaraq sağalıb, hazırda 317 aktiv xəstə var. Bu günə qədər 9 943 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 766, bu günə qədər isə ümumilikdə 7 315 522 test icra olunub.

Ötən sutkada koronavirus əleyhinə 583 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 172, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 76, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 288, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 47 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 910 048, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 389 756, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 871 191, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 386 163, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 938 nəfər təşkil edir.

0